...

COP29 prezidenti Kopenhagendə iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb

Yaşıl iqtisadiyyat Materials 23 Mart 2024 16:38 (UTC +04:00)
COP29 prezidenti Kopenhagendə iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Kopenhagendə (Danimarka) ətraf mühit nazirlərinin iclasında iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, M.Babayev Danimarkanın inkişaf, əməkdaşlıq və qlobal iqlim siyasəti üzrə naziri Dan Yorgensen, Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart da daxil olmaqla, qlobal iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb.

Müzakirələr Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC), iqlim maliyyələşdirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma, itkilər, zərərlər və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına yönəldilib.

Xəbər lenti

Xəbər lenti