...

Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi

Yaşıl iqtisadiyyat Materials 7 May 2024 17:02 (UTC +04:00)
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə edib.

Trend xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidentli Muxtar Babayev Rusiyanın ekologiya və təbii sərvətlər naziri Aleksandr Kozlov və iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.

Görüş iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi sahəsində regional və ikitərəfli əməkdaşlığa dəstək məqsədilə baş tutub.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Xəbər lenti

Xəbər lenti