...

Azercell "Maksimum" çərçivəsində kampaniya keçirir

Telekommunikasiya Materials 9 Aprel 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom "Maksimum" proqramı iştirakçıları üçün aprelin 9-dan 30-na kimi kampaniya keçirir, şirkətdən məlumat verilir.

Kampaniyada iştirak etmək üçün "Maksimum" istifadəçisi 7778 nömrəsinə boş mesaj göndərməlidir, bundan sonra o, MP3 formatında mahnı alacaq (Mahnının yüklənməsində wap istifadəsinə görə pul tutulacaq).

Yeddi abunəçi isə "Eurovision" mahnı müsabiqəsində ikinəfərlik bilet əldə edəcək.

Kampanyanın qaliblərinin adları mayın 1-i saat 22.30-da İctimai TV efirindən elan olunacaq.

Bir sms-in qiyməti 7 konturdur.

Xəbər lenti

Xəbər lenti