...

Azərbaycan və Belarus İT-forum keçirəcək

Telekommunikasiya Materials 22 Aprel 2008 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir S.Babayeva/ Cari ildə Azərbaycan və Belarus rabitə və informasiya texnologiyaları sahəsində İT-forum keçirəcək. Bu məsələlər Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Belarusun fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçin görüşündə müzakirə olunub.

Hazırda forumun dəqiq tarixi məlum deyil. Rabitə Nazirliyinin məlumatına görə, forum avqust ayında, yaxud ilin sonunda Bakıda keçiriləcək "BakuTel 2008" informasiya texnologiyaları beynəlxalq festival çərçivəsində keçirilə bilər. Forumda Belarusun texnopark üzrə ixtisaslaşmış şirkətləri üstünlük təşkil edəcək.

Bundan əlavə, görüşdə ötən ay Abbasovun Belarusa səfərinin nəticələri müzakirə olunub və İT sahəsində dövlətlərarası sazişin imzalanması zəruriliyi qeyd edilib.

Martda Belarusa rəsmi səfəri çərçivəsində "Yüksək Texnologiyalar Parkı"nın Administrasiyası ilə görüşündə nazir, parkın rezidentlərinə Azərbaycan şirkətləri arasında potensial sifarişçilərin axtarışında yardım göstərəcəyi barədə bildirib, eləcə də Bakıda "Yüksək Texnologiyalar Parkı"nın malik olduğu imkanların təqdimatına həsr olunmuş biznes-forumun təşkili üçün təkliflərlə çıxış edib.

Xəbər lenti

Xəbər lenti