...

"Azərekspresspoçt" Novruz bayramı ilə əlaqədar endirim kampaniyasi elan edib

Telekommunikasiya Materials 11 Mart 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir S. Babayeva /

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" dövlət operatorunun "Azerekpresspoçt" rabitə müəssisəsi çərşənbə günü "Novruz" kampaniyasının başlanması barədə elan edib, "Azərpoçt"dan bildirilib.

Kampaniya çərçivəsində martın 11-dən 20-nə kimi bağlamaların göndərilməsində 20 faiz endirim olacaq.

"Azərpoçt"un təsis etdiyi "Azərekspresspoçt" rabitə müəssisəsi 1997-ci ilin iyulunda yaradılıb və 1998-ci ilin yanvarından fəaliyyətə başlayıb. Hazırda o, Azərbaycan Rabitə Nazirliyindən verilmiş lisenziya əsasında sürətli poçt xidmətləri (Express Mail Service - EMS) təqdim edir. Bu gün "Azərekspressspoçt" Azərbaycanda Beynalxalq EMS üzrə yeganə operatordur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti