...

KIPA "Azərpoçt" şəbəkəsinin müasirləşdirilməsi üçün son hesabatı təqdim edib

Telekommunikasiya Materials 24 İyul 2009 18:02 (UTC +04:00)
Koreyanın IT sənayesinin inkişafı üzrə agentliyinin (KIPA) nümayəndələri Bakıya səfər edib. Səfər zamanı "Azərpoçt" dövlət müəssisəsinin müasirləşdirilməsinin teniki-iqtisadi əsaslandırılması layihəsi nəzərdən keçirilib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir H.Vəliyev /

Koreyanın IT sənayesinin inkişafı üzrə agentliyinin (KIPA) nümayəndələri Bakıya səfər edib.

Səfər zamanı "Azərpoçt" dövlət müəssisəsinin müasirləşdirilməsinin teniki-iqtisadi əsaslandırılması layihəsi nəzərdən keçirilib. Bu barədə cümə günü Trend -a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, dünən baş tutan görüşdə Cənubi Koreyanın nümayəndə heyəti Azərbaycanın poçt rabitəsininin müasirləşdirilməsini nəzərdə tutan son hesabatı təqdim edib. Hesabatda poçt xidmətlərinin, müəssisənin fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, avtomatlaşdırma xidmətlərinin inkişafı üzrə tədbirlər dəqiq şəkildə qeyd olunur. Hesabat xüsusən Koreya tərəfinin bu sahədə təcrübəsini özündə əks etdirir.

Hazırda Azərbaycan tərəfi KIPA-nın təkliflərini nəzərdən keçirir, bundan sonra isə gələcək əməkdaşlığın əsas vektorları müəyyən olunacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi respublikadaxili prosedurlara müvafiq olaraq, layihəni təhlil etmək və yekun təkliflərə baxmaq üçün hökumətə təqdim etmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti