...

Azərbaycanın mobil rabitə operatorunun şəbəkəsində 3G standartı abunəçilərinin sayı 60 minə çatıb

Telekommunikasiya Materials 18 Dekabr 2009 11:09 (UTC +04:00)
Azerfon-Vodafone şəbəkəsində 3G standartı abunəçilərinin sayı 60 min istifadəçiyə çatıb. Bunu cümə axşamı "Azerfon" şirkətinin baş direktoru Gido Helbix deyib.
Azərbaycanın mobil rabitə operatorunun şəbəkəsində 3G standartı abunəçilərinin sayı 60 minə çatıb

Azərbaycan, bakı, 17 dekabr/ Trend , müxbir H.Vəliyev/

Azerfon-Vodafone şəbəkəsində 3G standartı abunəçilərinin sayı 60 min istifadəçiyə çatıb. Bunu cümə axşamı "Azerfon" şirkətinin baş direktoru Gido Helbix deyib.

3G standartında xidmətlər bu operator tərəfindən bir gün əvvəl buraxılıb.

Helbixin sözlərinə görə, olduqca əhəmiyyəli artım innovasiya xidmətlərinin istifadəçilərin marağına səbəb olmasının göstəricisidir. Bu şəbəkə tərəfindən göstərilən yeni xidmətlər onların maraqlarına tam cavab verir.

Abunəçilərə yeni Azerfon-Vodafone brendinin xidmətlərinin göstərilməsi məqsədilə şirkət yaxın günlərdə Bakıda və regionlarda 10 yeni xidmət mərkəzini istismara vermək niyyətindədir. Azerfon rəhbərinin sözlərinə görə, yeni mərkəzlər Gəncədə, Naxçıvanda və Azərbaycanın digər iri şəhərlərində açılacaq.

Xidmət mərkəzlərində müştərilər telefon ala, mobil rabitə xidmətlərinin göstərilməsinə dair saziş imzalaya, əlavə servislərə qoşula, şəxsi hesabını doldura, mobil rabitə ilə əlaqəli istənilən məsələ üzrə mütəxəssislərin məsləhətlərindən istifadə edə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti