...

Azərbaycanın ilk provayderi WiMAX simsiz şəbəkəsini ticari istismara verib

Telekommunikasiya Materials 5 Yanvar 2010 15:37 (UTC +04:00)
İlk provayder olan Delta Telecom şirkətinin WiMAX simsiz şəbəkəsi ticari istismara buraxılıb.
Azərbaycanın ilk provayderi WiMAX simsiz şəbəkəsini ticari istismara verib

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir H.Vəliyev/

İlk provayder olan Delta Telecom şirkətinin WiMAX simsiz şəbəkəsi ticari istismara buraxılıb. Bu barədə şirkətin məlumatında deyilir.

Şirkət müştərilərə xidmətin göstərilməsi üçün nominal dəyəri 10 manatdan 100 manatadək olan skreç kartlar və istifadəçi qurğuları (WiMAX modemləri) təqdim edib. WiMAX şəbəkəsinin buraxılış qabillləti 6 Gbit/s təşkil edir. Şəbəkənin işə salınması üçün 2,6 GHz tezlik resursundan istifadə edilib. Hazırda layihənin birinci fazası üzərində işlər başa çatıb. Bu faza çərçivəsində Bakı və Abşeron yarımadasında 110 baza stansiyasının qurulması həyata keçirilib.

Şirkət layihənin WiMAX şəbəkəsinin regional səviyyədə genişlənməsini nəzərdə tutan ikinci fazasının həyata keçirilməsinə başlayıb. Şirkət mütəxəssisləri WiMAX şəbəkəsinin baza stansiyalarının qurulacağı müvafiq yerlərin müəyyənləşdirilməsi üzrə işlər görür. İşlər Quba, Gəncə, Astara və digər rayonlarda aparılır. Layihənin ikinci fazası çərçivəsində 140 baza stansiyasının qurulması nəzərdə tutulur.

Delta Telecom-un WiMAX şəbəkəsi 802.16e standartı əsasında quraşdırılacaq. Şəbəkə Delta Telecom-un 2008-ci ilin sentyabrında müqavilə bağladığı Alcatel-Lucent avadanlıqları əsasında quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti