...

Azərbaycanın Rabitə Nazirliyi "AzDataCom" milli şəbəkəsinin genişləndirilməsi üzrə işlər görür

Telekommunikasiya Materials 26 Yanvar 2010 20:21 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyalarının məlumat-hesablama mərkəzi "AzDataCom" milli internet infrastrukturunun 3 və 4-cü fazalarının istismara verilməsi üzrə işləri həyata keçirir.

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyalarının məlumat-hesablama mərkəzi "AzDataCom" milli internet infrastrukturunun 3 və 4-cü fazalarının istismara verilməsi üzrə işləri həyata keçirir. Bu barədə nazirliyin məlumatında deyilir.

Məlumata görə, hazırda Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətində magistral xətlərin salınması üzrə işlər başa çatdırılıb.

İşlər "Elektron idarəetmə şəbəkəsinin milli təşəbbüsləri" layihəsi çərçivəsində həyata keçirilir.

Şəbəkənin buraxılma gücü 10 Gbit/s təşkil edir. Yüksəksürətli şəbəkənin istismara verilməsi genişzolaqlı internet istifadəçilərinin sayını və rabitənin qeyri-ənənəvi xidmətlərini (VoIP, IPTV) xeyli artırmağa imkan verir. Layihənin həyata keçirilməsi uzaqməsafəli təhsil zamanı şəbəkənin imkanlarından uğurla istifadə etməyə və elektron ticarətə də imkan verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti