...

Azərbaycan poçtu pulköçürmə xidmətlərini genişləndirir

Telekommunikasiya Materials 6 İyun 2012 18:20 (UTC +04:00)
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC yaxın vaxtlarda "Monex" sistemi üzrə pul köçürmələri xidmətlərinə başlamağı planlaşdırır.
Azərbaycan poçtu pulköçürmə xidmətlərini genişləndirir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC yaxın vaxtlarda "Monex" sistemi üzrə pul köçürmələri xidmətlərinə başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü MMC-nin yaydığı məlumatda deyilir.

Xidmət "Muğanbank" ASC ilə əldə edilmiş razılığa əsasən işə salınacaq.

"Muğanbank" ASC-nin "Monex" təcili pul köçürmələri sistemi Azərbaycanın 10-dan çox şəhər və yaşayış məntəqəsini birləşdirir. Xidmət pul köçürmələrini (manat və dollarda) Azərbaycanın istənilən regionundan köçürmənin məbləğindən asılı olaraq 0,2 faiz tarifi üzrə 10 dəqiqə ərzində həyata keçirməyə imkan verir.

Həmçinin, hazırda poçt operatoru "Contact" pul köçürmələri sisteminin özünün avtomatlaşdırılmış korporativ informasiya sisteminə inteqrasiyası ilə bağlı işlər aparır.

Hazırda "Contact" sistemi üzrə pul köçürmələri xidmətindən paytaxtın poçt şöbələrində istifadə etmək mümkündür. Sistemin korporativ sistemə inteqrasiyasından sonra xidmətdən respublikanın bütün rayonlarında istifadə etmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti