...

"Ailə NET" Bakıda əhatə dairəsini genişləndirir

Telekommunikasiya Materials 12 İyun 2012 13:52 (UTC +04:00)
"Ailə TV" şəbəkəsinə daxil olan "Ailə NET" internet provayder şirkəti Bakı şəhərində öz əhatə dairəsini genişləndirir.
"Ailə NET" Bakıda əhatə dairəsini genişləndirir

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Ailə TV" şəbəkəsinə daxil olan "Ailə NET" internet provayder şirkəti Bakı şəhərində öz əhatə dairəsini genişləndirir.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bir müddət öncə Bakıda genişzolaqlı yüksəksürətli internet qoşulmaları həyata keçirməyə başlayan şirkət artıq Bakı şəhərinin bir sıra rayonlarında əhaliyə fiber-optik bazada genişzolaqlı yüksəksürətli internet xidmətləri təqdim edir.

Artıq aparılan işlər nəticəsində əhatə dairəsinə Nizami, Xətai, Yasamal rayonları, 1-9-cu mikrorayonlar daxil edilib və şirkət qısa vaxt ərzində Bakı şəhərinin ən iri rayonlarında öz şəbəkəsini qurub.

Bundan başqa, bir neçə ay öncə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərində də xidmətlərin göstərilməsinə start verən şirkət, burada da öz əhatə dairəsini genişləndirib. Qısa zamanda "Ailə NET" Gəncə şəhərində iki filialda yerli sakinlərə yüksəksürətli internet xidməti təqim edib. Hazırda yeni binalarda qoşulmalar həyata keçirən internet provayder, artıq Yeni Gəncə massivi, Gəncədə ən iri prospektlər olan Heydər Əliyev və Atatürk prospektlərində və Nizami və Cavadxan küçələrində genişzolaqlı internet xidməti göstərir.

Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda fiber-optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən "Ailə NET", öz qarşısına 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazilərini genişzolaqlı fiber-optik internetlə təmin etmək hədəfini qoyub.

Əhatə dairəsini genişləndirən "Ailə NET" abunəçilərə güzəştli tariflər də təqdim edir. 4 mbit/s internet qoşulmaya görə 20 manat abunə haqqı ödəyən abunəçilər, "Ailə TV" xidmətləri və "Ailə NET" xidmətlərini birlikdə seçərlərsə, bu zaman TV və internetə görə birlikdə sadəcə 22 manat ödəyirlər.

Qeyd edək ki, "Ailə NET"-in təqdim etdiyi fiber-optik bazada genişzolaqlı yüksəksürətli internetin üstün cəhəti sürət itkisinin olmaması, ötürülən informasiyanın həcminin yüksək olması, internet qoşulmanın keyfiyyətli olmasıdır.

Xəbər lenti

Xəbər lenti