...

Azərbaycanın İKT sektoruna 3-4 milyard dollar həcmində investisiya qoyulması planlaşdırılır - nazir

Telekommunikasiya Materials 19 İyun 2012 14:54 (UTC +04:00)
2022-ci ilə Azərbaycanın informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirlərinin həcmi 14 milyard dollara çatacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyası ilə birgə Bakıda təşkil edilən konfransda çıxışında bildirib.
Azərbaycanın İKT sektoruna 3-4 milyard dollar həcmində investisiya qoyulması planlaşdırılır - nazir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir H.Vəliyev/

2022-ci ilə Azərbaycanın informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunun gəlirlərinin həcmi 14 milyard dollara çatacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan Partiyası ilə birgə Bakıda təşkil edilən konfransda çıxışında bildirib.

Nazirin sözlərinə görə, bu göstərici 2020-ci ildə təqribən 10 milyard dollar olacaq.

Gəlirin həcminin artması İKT-nin ölkə ÜDM-də gəlir payının artmasına da müsbət təsir edəcək.

"Əgər 2011-ci ilin yekunları üzrə ÜDM-də İKT-nin payı 2,5 faiz təşkil edirdisə, 2020-ci ilə bu göstəricini 10 faizə çatdırmaq planlaşdırılır. Ötən ilin nəticələrinə əsasən, Azərbaycanın istehsalat sahəsində İT-nin payı 9,5 faiz olub. Bunu 25 faizə çatdırmaq planlaşdırılır", - Abbasov qeyd edib.

Onun sözlərinə görə, İKT sektorunun inkişafında daha vacib məsələlərdən biri investisiyalardır. Nazirliyin məlumatına görə, ötən il ərzində Azərbaycanın İKT sektoruna qoyulan investisiyaların həcmi 415 milyon dollar təşkil edib. Nazirliyin proqnozlarına əsasən, bu rəqəmi 2020-ci ilə 800 milyon dollaradək çatdırmaq planlaşdırılır.

Abbasov vurğulayıb ki, növbəti 8-10 il ərzində respublikanın informasiya təhlükəsizliyi bazarının həcmi 1 milyard dollar səviyyəsində qiymətləndirilir.

Nazirin sözlərinə görə, ümumilikdə özəl sektorun Azərbaycanın İKT sahəsinə yatrıdığı investisiyalar (yerli və xarici investorların) növbəti 10 ildə 3-4 milyard dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti