...

"Azerspace" peykindən Azərbaycandan ixrac marşrutlarının təhlükəsizliyi üçün istifadə olunacaq

Telekommunikasiya Materials 19 Fevral 2013 14:27 (UTC +04:00)
Azərbaycanın ilk "Azerspace/Africasat-1a" peykinin resurslarından Avropaya enerji resurslarının çatdırılması üçün istifadə olunan Bakı-Tbilisi-Ceyhan və başqa boru kəmərləri kimi layihələrin təhlükəsizliyinin təmin olunması üçün istifadə olunacaq.
"Azerspace" peykindən Azərbaycandan ixrac marşrutlarının təhlükəsizliyi üçün istifadə olunacaq

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilk "Azerspace/Africasat-1a" peykinin resurslarından Avropaya enerji resurslarının çatdırılması üçün istifadə olunan Bakı-Tbilisi-Ceyhan və başqa boru kəmərləri kimi layihələrin təhlükəsizliyinin təmin olunması üçün istifadə olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, hazırda bütün bu məqsədlər üçün Türkiyənin "Turksat" peykindən istifadə olunur.

Nazirin hesab etdiyi kimi, məhz Türkiyənin "Turksat" və Fransanın "Hotbird" peykləri bu regionda Azərbaycan peykinin rəqibləridir.

BTC neft və qaz kəmərləri kimi mühüm magistrallar "Azerspace"in fəaliyyət zonasında yerləşir. Azərbaycan peyki bu marşrutları təhlükəsiz məlumat mübadiləsi, idarəetmə və s. üçün zəruri olan hər şeylə təmin etməyə qadirdir. Öz növbəsində, Türkiyənin peyki alternativ rolunda çıxış edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti