...

Naxçıvan MR-də internetin nüfuzetmə səviyyəsi 80 faizi keçib

Telekommunikasiya Materials 20 May 2015 13:10 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında (NMR) internetin nüfuzetmə səviyyəsi 80 faizi keçib.
Naxçıvan MR-də internetin nüfuzetmə səviyyəsi 80 faizi keçib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Hüseyn Vəliyev/

Naxçıvan Muxtar Respublikasında (NMR) internetin nüfuzetmə səviyyəsi 80 faizi keçib. Trend-in xəbər verdiyi kimi, bu barədə NMR-in Rabitə və Yeni Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına əsasən, hazırda NMR-in yaşayış məntəqələrinin 93 faizi genişzolaqlı, 83 faizi isə mobil internet əlaqəsi ilə əhatə olunub.

NMR-də 303 min personal kompyüter istifadəçisi var.

Muxtar Respublikanı alternativ rabitə ilə təchiz etmək üçün 242 kilometr uzunluğa malik Sədərək-Ordubad marşrutu üzrə optik magistralın salınma işləri başa çatıb.

NMR-də çəkilmiş optik xətlərin ümumi uzunluğu 1175,5 kilometrdir. NMR-in 94 faiz telekommunikasiya şəbəkəsi optik şəbəkədə birləşdirilib.

Yeni nəsil şəbəkə bazarında IP-televiziya xidməti genişlənir. Bundan başqa, rəqəmsal TV siqnalının yayımı üçün 1 əsas stansiya və 7 ötürücü işə salınıb ki, bu da 67 telekanalın yayımına və verilişlərin HD formatda göstərilməsinə imkan verir.

NMR-in bütün yaşayış məntəqələri rəqəmsal TV siqnalı ilə əhatələnib. Radio verilişinin rəqəmsal standarta keçid işləri artıq son mərhələdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti