...

İlin sonunadək Bakıda efirə radionəzarət məntəqəsi istismara veriləcək

Telekommunikasiya Materials 7 Noyabr 2005 13:28 (UTC +04:00)

İlin sonunadək Bakıda efirə radionəzarət məntəqəsi istismara veriləcək.Radio tezliklər üzrə Dövlət idarəsinin (RDİ) radio tezliklər şöbəsinin müdiri Adil Məsimov Trend ə bildirib ki, hazırda məntəqənin Yaponiyanın AOR şirkəti tərəfindən texniki təchizatı üzrə bütün işlər başa çatdırılıb.

"Bizim hesablamalarımıza görə, məntəqə ilin sonunadək istismara verilməlidir" -deyə şöbə müdiri bildirib.

Bütünlükdə Əli Bayramlı və Quba da daxil olmaqla 3 məntəqənin tikintisi planlaşdırılırdı və bunlar sentyabrda istismara verilib.

Bunlarla yanaşı məntəqədə işləyəcək yeni əməkdaşların tərkibi artıq təsdiq edilib. Onlar müvafiq treninqlərdən keçib.

Bu məntəqələrin əsas vəzifəsi yerlərdə teleradio efirin texniki təminatına nəzarət və dövri olaraq RDİ-nin cari vəziyyət barədə məlumatlandırmasıdır.

Xəbər lenti

Xəbər lenti