...

Əli Abbasov: FIM Bank Azərbaycanın məhkəmə işini udması ilə razılaşmalıdır

Telekommunikasiya Materials 18 May 2006 13:34 (UTC +04:00)

Bu günlərdə Rabitə və İnformasiya Texnologiyaları və FİM Bank arasında məhkəmə işi üzrə hökmün elan edilməsi gözlənilir. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 18-də jurnalistlərə rabitə naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, sonuncu məhkəmə iclasında FIM Bank möhlət istəyib və banka faktları təqdim etmək üçün sonuncu imkan verilib. "Biz məhkəmənin qərarını gözləyirik. Hesab edirəm ki, FIM Bank başa düşməlidir ki, Azərbaycan hökuməti işi udub və bununla razılaşmalıdır", - deyə o qeyd edib.

First International Merchant (FIM Bank) Azərbaycan hökumətinə qarşı Rabitə Nazirliyi və Poçtbank SKB-nin zəmanəti ilə nazirliyin mövcud olmayan müəssisələri Aztell və Baktellə $3035000 və müvafiq olaraq $1560000 məbləğində ayrılmış kreditin ödənilməməsi faktı üzrə iddia qaldırıb. Paris məhkəməsinin qərarı ilə Azərbaycan tərəfinin Fransanın Eutelsat S.A-dakı 500 min ədəd səhminə və bunların $1 mln-dan artıq dividendlərinə həbs qoyulub.

Xəbər lenti

Xəbər lenti