...

Azərbaycanın İT sektorunun inkişaf dinamikasını inkar etmək olmaz

Telekommunikasiya Materials 13 İyun 2006 19:26 (UTC +04:00)

İnformasiya Siyasəti üzrə Analitik Mərkəzinin direktoru, Global Internet Policy Initiative beynəlxalq layihəsinin Azərbaycan üzrə koordinatoru Yaşar Hacıyevin Trend agentliyinə verdiyi məlumata əsasən, son illər Azərbaycanın İT sektorunun inkişaf dinamikasını inkar etmək olmaz. Qeyd edək ki, Y.Hacıyev bunu Qazaxıstanın İnformasiyalaşdırma və Rabitə üzrə Agentliyi tərəfindən hazırlanan və Azərbaycana elektron hazırlığa görə 2,72 xal verilən hesabatı şərh edərkən bildirib. Qazaxıstan üzrə bu göstərici 2,97 xal (62-ci yer) təşkil edib.

Ekspertin sözlərinə görə, Azərbaycanın daha yaxşı internet infrastrukturu var. "Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı 500 mindən artıqdır" - deyə mütəxəssis vurğulayıb.

Onun fikrincə, Azərbaycanın dünyada daha çox mənfi tərəfdən təqdim olunmasında ölkənin müvafiq strukturlarında işləyən təşkilatların günahı böyükdür. "Bu və ya digər təqdimat, hesabat və ya reytinqin hazırlanması zamanı beynəlxalq təşkilatlar müəyyən ölkənin internet ehtiyatlarından yararlanır ki, bunlar da müntəzəm olaraq təzələnməlidir. Təəssüf ki, Azərbaycanda informasiyanın verilməsilə bağlı problem var və bu, sonda xoşagəlməz nəticələrə gətirib çıxarır" - deyə mərkəzin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti