...

Əli Abbasov: "Azerfon MM noyabr ayınadək mobil rabitə xidmətləri göstərməyə başlayacaq"

Telekommunikasiya Materials 14 İyun 2006 15:54 (UTC +04:00)

Son məlumatlara görə, yeni mobil operatoru - Azerfon MM bu ilin oktyabr-noyabr aylarında rabitə xidmətləri göstərməyə başlaycaq. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 14-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Hazırda şirkət Azərbaycan ərazisində şəbəkənin yaradılması üzrə işlər aparır. Azerfon Bakı, Abşeron yarımadası, Gəncə, Mingəçevir, Əli-Bayramlı və Qubada telekommunikasiya şəbəkəsi yaradacaq. İlin sonunda əhatə zonasına 10 rayon mərkəzi, o cümlədən Bakı-Quba, Bakı-Gəncə magistral yolları daxil edilməlidir.

Azerfon MM-ə mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya Rabitə Nazirliyi Kollegiyasının 28 dekabr 2005-ci il qərarı ilə verilib. Şirkətin təsisçiləri Aztelekom İB (10%), Almaniyanın Siemens şirkəti (30%) və iki Britaniya şirkətidir (60%).

Layihənin əsas tələbi 2 il ərzində Azərbaycan ərazisinin 85%-nin mobil rabitə ilə təmin olunmasıdır. Bu dövrdə sərmayələrin həcmi $300 mln nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti