...

Aztelekom İB-nin İmişli TKQ tender elan edib

Telekommunikasiya Materials 13 Dekabr 2006 14:46 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinin İmişli telekommunikasiya qovşağı (TKQ) avadanlıqların satın alınması üçün tender elan edib.

Trend TKQ-ya istinadən xəbər verir ki, 18 ədəd Fom 4 (4 EL), 6 ədəd - Fom 16 (16 EL) və 2 ədəd Fom 8 (8 EL) avadanlığının alınması planlaşdırılır.

Tenderlə maraqlananlar təkliflərini dekabrın 15-də saat 17.00-dək TKQ-ya təqdim etməlidirlər.

Əlavə məlumatı İmişli TKQ-ya müraciət edərək əldə etmək olar.

Azərbaycan Rabitə Nazirliyinin başlıca müəssisəsi olan Aztelekom İB Bakı və Naxçıvan muxtar respublika da daxil olmaqla, respublikanın bütün ərazisində beynəlxalq və şəhərlərarası telefon rabitəsini təmin edir. 54 telekommunikasiya müəssisəsi, Bakı Şəhərlərarası Telefon Qovşağı, Kabel Magistral Texniki Qovşaq və Təmir-Tikinti İdarəsi İB-nin tabeçiliyindədir.

Xəbər lenti

Xəbər lenti