...

Azərbaycanın rabitə naziri Caspian Telecoms 2007-də iştirak edəcək

Telekommunikasiya Materials 27 Fevral 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir " S.Babayeva/Azərbaycan, Türkiyə, Xəzər və Qara dəniz regionu, Mərkəzi Asiya və Rusiya üçün keçirilən altıncı regional konfrans, telekommunikasiya və IT-Texnologiyaları sərgisi Caspian Telecoms 2007-də təmsil olunacaq.

Görüş 12-13 aprel tarixində İstanbulda keçiriləcək.

Iteca Caspian şirkətinin telekommunikasiya və informasiya texnologiyaları Departamentinin əməkdaşı, layihəninin koordinatoru Məmməd Əliyevin bu gün verdiyi məlumata əsasən, tədbirə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti dəvət edilib.

Nümayəndə heyətinin tərkibinə Aztelekom İB-nin direktoru Məhəmməd Məmmədov, onun müavini Mehman Həsənov və Prezidentin İcra Aparatının İnformasiya texnologiyaları və resursları şöbəsinin müdiri Elmir Vəlizadə daxildir.

Konfransın əsas müzakirə mövzuları sırasına aşağıdakılar daxildir:

İnformasiya şəbəkələri avavdanlıqları üçün tədarükçülər;

Kabel teteviziyası və yayım şirkətləri operatorları;

Kompüter və IT şirkətləri;

Rəqəmli qoşulma sistemləri istehsalçıları;

Optik-lif kabel istehsalçıları;

Optiklifli kabel istehsalçıları;

Maliyyə təsisatları;

Təsbitetmə operatorları;

GSM-operatorları;

GSM-avadanlıqlarının hazırlanması;

Mobil rabitə operatorları;

Beynəlxalq assosiasiyalar;

Beynəlxalq investisiya bankları;

İnternetə qoşulma texnologiyaları;

İnternet-provayderləri;

Rabitə sahəsində investisiya bankları;

Hüquq firmaları, telekommunikasiya sahəsində ixtisaslaşmış şirkətlər;

Şəbəkə quraşdırılması;

Telefon avadanlıqları tədarükçüləri;

Peyk avadanlıqları tədarükçüləri;

Peyk rabitəsi operatorları;

Peyk televiziya yayımı şirkətləri;

Vergi və biznes sahəsi üzrə məsləhətçilər;

Telekommunikasiya və IT avadanlıqları üçün proqram təminatı;

Telekommunikasiya dəstəyi olan əməliyyat sistemləri;

Dizayn, sınaq, şəbəkə avadanlıqları üçün installyasiya;

Caspian Telecoms 2007 Azərbaycan, Türkiyə, Qazazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Tacikistan, Rusiya, Ukrayna, Belarus, Moldova, Ermənistan, İran, Əfqanıstan, Bolqarıstan, Yunanıstan, Rumıniya, Çin və Pakistan kimi ölkələri əhatə edir.

Layihənin koordinatoru Delta Telecom, Azercell Telecom, Geocell, Fintur Holdings, K-cell, Golden Telecom, Rostelecom, Memorex Telex, Mediafon və başqa şirkətlərin iştirakının nəzərdə tutulduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti