...

Azərbaycanda mobil rabitədən gəlirlər artır

Telekommunikasiya Materials 17 Mart 2007 11:38 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Yanvar-fevral aylarında Azərbaycanda 89,7 mln. manatlıq rabitə xidməti göstərilib, bu göstərici 2006-cı ilin uyğun dövrü ilə müqayisədə 16,5 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat verib.

Bunlardan 72,6 faiz xidmət özəl şirkətlərə göstərilib. Bununla yanaşı, əldə olunan gəlirləri 78,4 faizi əhaliyə göstərilən rabitə xidmətindəndir. Mobil rabitədən əldə olunmuş gəlirlər 23,1 faiz artaraq bu sahədə əldə olunmuş ümumi gəlirin böyük hissəsini təşkil edib.

Azərbaycan regionlarında həmçinin göstərilən rabitə xidmətlərinin həcmi artıb. Quba-Xaçmaz iqtisadi rayonunda xidmətlərin artımı 22,5 faiz, Şirvanda - 15,9 faiz, Şəki-Zaqatalada - 23,4 faiz, Aran zonasında - 16,1 faiz, Naxçıvanda - 26,1 faiz, Lənkəranda - 14 faiz, Abşeronda - 2,7 faiz və Gəncə-Qazaxda - 7,3 faiz artıb.

Xəbər lenti

Xəbər lenti