...

Ermənistan Silahlı Qüvvələri iki istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2012 09:36 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri iki istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki istiqamətdə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər fevralın 20-də saat 16:50-dən 17:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 21:10-dan 21:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti