...

31 dekabr – Azərbaycanlıların həmrəylik günü ilk dəfə İsraildə qeyd ediləcək

Dünya xəbərləri Materials 1 Dekabr 2007 06:20 (UTC +04:00)
31  dekabr  –  Azərbaycanlıların   həmrəylik   günü   ilk   dəfə   İsraildə   qeyd   ediləcək

İsrail , Quds müxbir Trend R.Abdullayev /

31 dekabr - Azərbaycanlıların həmrəylik günü ilk dəfə İsraildə qeyd ediləcək . Bu barədə , Azərbaycanlıların Yaxın Şərq üzrə Konqresinin prezidenti Aleks Şapiro-Suliman , professor, Azərbaycanlıların Ümümdünya Konqresinin sədri Qulamrza Sabri Tebrizi ilə görüşündə bildirib . Onların görüşü turk dövlətlərinin və cəmiyyətlərinin dostluq , qardaşlıq və əməkdaşlıq XI qurultayına qatılmaq məqsədi ilə Bakıya gəlmələri nəticəsində baş tutmuşdur .

Aleks Şapiro-Suliman Azərbaycanlıların Ümümdünya Konqresinin nümayəndələrinə deyib ki , Azərbaycanlılar Yaxın Şərq üzrə Konqresinin rəyasət heyyəti qərara gəlib ki , azərbaycanlıların və Azərbaycan xalqlarının qeyd etdiyi 31 dekabr gününü qeyd etsin . Qulamrza Sabri Tebrizi İsraildə keçirilən bu bayramda şəxsən iştrak edəcəyini bildirdi .

Məs bu gün , biz Azərbaycanın Mədəniyyət Mərkəzinin açılışını Rişon-Le-Çion şəhərində qeyd edəcəyik .

Aleks Şapiro-Sulimaninin sözlərinə görə güclü və qüdrətli Azərbaycanlıların Konqresini təşkilatçı , bizim maraqlarımızı müdafiə edən bir təşkilat kimi görürük .

Qulam Sabri Tebrizi Azərbaycanlıların Yaxın Şərq üzrə Konqresinin azərbaycan diasporunun dünyanın strateji reğionunda rolunu yüksək dəyərləndirdi . Professor Tebrizi İsrailin prezidenti Şimon Pereresə öz xoş arzularını Aleks Şapiro-Sulimaninin vasitəsi ilə çatdirdı və onun " Yaxın Şərqdə sülh naminə əsl döyüşçü olduğunu ", - bildirdi .

Hər iki tərəf daha ətraflı İsrail Mədəniyyət Mərkəzinin yaradılması məsələsində dayandılar . Aleks Şapiro-Sulimaninin sözlərinə görə həmin bu Mərkəz İsrail adət-ənənələri , dili , mədəniyyəti və ölkənin tarixini qoruyub saxlamaq istəyən bütün İsrail ərazisində yaşayan azərbaycanlıları bir yerə toplayacaq . Qeyd edək ki , Azərbaycanlıların Yaxın Şərq üzrə Konqresinin tərkibində fəaliyyət göstərən bu mərkəz Azərbaycanın mədəniyyət və turizm nazirliyi , Heydər Əliev Fondu ilə birgə laihələr üzərində çalışacaq .

Xəbər lenti

Xəbər lenti