...

İslahatçılar düşərgəsindən olan sabiq Baş nazir İran prezidentliyinə namizədliyini irəli sürüb

Dünya xəbərləri Materials 10 Mart 2009 18:03 (UTC +04:00)

İranın İslahatçılar düşərgəsindən olan sabiq Baş nazir Mir Hüseyn Musəvi prezident seçkilərində iştirak etmək məqsədi ilə namizədliyini irəli sürüb. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

Musəvi martın 10-da bəyanat yayaraq rəsmi şəkildə İranda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.

İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçiriləcək. Prezident seçkilərinə İslahatçılar düşərgəsinin nümayəndələri - İranın keçmiş Prezidenti Məhəmməd Xatəmi, parlamentin eks-spikeri Mehdi Karrubi və İranın sabiq parlament nümayəndəsi Əkbər Ələmi namizədliklərini irəli sürüblər

Hakim partiya və Mühafizəkarlar hələ ki, prezidentliyə öz namizədliklərini irəli sürməyiblər.

Xəbər lenti

Xəbər lenti