...

Seçkilərdə son söz millətin olacaq - Türkiyə prezidenti Abdullah Gül

Dünya xəbərləri Materials 29 Mart 2009 13:52 (UTC +04:00)
Seçkilərdə son söz millətin olacaq - Türkiyə  prezidenti Abdullah Gül

Türkiyə prezidenti ölkədə keçirilən bələdiyyə seçkilərinə münasibət bildirərək, son sözü xalqın deyəcəyini bildirib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"Hər kəs demək istədiyini deyib. Son söz isə xalqın olacaq", - deyə Abdullah Gül bildirib.

Türkiyə prezidenti Cankaya orta məktəbində həyat yoldaşı Xeyrunnisa Gül ilə birlikəd səs verib.

Bu gün Türkiyədə bələdiyyə seçkilərinə səsvermə başlayıb. Seçkilərdə 48 milyon 6 min 650 seçicinin iştirak edəcəyi gözlənilir.

Seçkilərdə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında mübarizə gedir.

Xəbər lenti

Xəbər lenti