...

İran ağır dizel mühərriklərinin istehsalına başlayıb

Dünya xəbərləri Materials 23 İyul 2009 13:07 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad ağır dizel mühərriklərinin istehsalı üzrə zavodun açılışında iştirak edib. Bu barədə İranın Mehr agentliyi xəbər verib.

Layihənin həyata keçirilməsi üçün 220 milyon dollar məbləğində investisiya qoyulub. Layihə 27 ay ərzində həyata keçirilib. Birinci mərhələ üçün 125 milyon dollar sərmayə qoyulub. Mühərriklərin detallarının 70 faizi İranda hazırlanıb, qalan 30 faiz isə digər ölkələrdən idaxl olunub.

Bu mühərrik lokomotivlərdə istifadə edilmək üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti