...

Amerikada həbs olmuş iranlıların hüquqlarını müdafiə komitəsi yaradılıb

Dünya xəbərləri Materials 9 Dekabr 2009 12:12 (UTC +04:00)
Amerikada həbs olmuş 11 İran vətəndaşının ailəsi onların hüquqlarını müdafiə komitəsi təşkil edib. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
Amerikada həbs olmuş iranlıların hüquqlarını müdafiə komitəsi yaradılıb

Amerikada həbs olmuş 11 İran vətəndaşının ailələri onların hüquqlarını müdafiə komitəsi təşkil ediblər. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

İranlı ailələr ABŞ-da həbs olmuş 11 nəfərin hüquqlarını müdafiə etmək üçün beynəlxalq qurumlara müraciət edəcəklər.

Məlumatda bildirilir ki, İranın xarici işlər naziri ABŞ-da həbs olunmuş 11 İran vətəndaşının adlarını açıqlayıb. Onlardan bəziləri Amerikada həbs olunub, bəziləri isə ABŞ-ın göstərişi ilə başqa ölkələrdə həbs olunaraq bura gətirilib. Bektaş Fəttahi, Əmir Şərzad Əmirqulixani, Əli Əmir Nəzmi və Həsən Səid Kəşari məhkəmə keçirilmədən ABŞ-da həbs olunub.

Mahmud Yadixari 2009-cu ildə Kanadada həbs olub, hazırda Amerika həbsxanasındadır. Əlirza Əsgəri də üç il bundan qabaq Türkiyədə itkin düşüb, bəzi məlumatlara görə, Türkiyədə oğurlanaraq Amerikaya aparılıb. Əmir Hüseyn Ərdəbili iki il bundan öncə Gürcüstanda həbs olunaraq Amerikaya aparılıb. Şəhram Əmiri bu il Səudiyyə Ərəbistanında ümrə həcc ziyarətində olduğu zaman oğurlanaraq Amerikaya aparılıb. İranlı tacir Möhsün Əfrasyabı Almaniyada, Məcid Kakavənd Fransada həbs olunub. İranın İordaniyadakı keçmiş səfiri Nəsrullah Tacik isə Böyük Britaniyada həbs olunub.

Xəbər lenti

Xəbər lenti