...

Azərbaycanın XIN rəhbəri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Dünya xəbərləri Materials 14 Dekabr 2009 20:47 (UTC +04:00)

İran, Tehran, 14 dekabr / Trend , müxbir İ.Səltənətpur/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb.

Görüşdə Cəlili qeyd edib ki, regionda olan problem, o cümlədən Xəzərlə, energetika sahəsi ilə bağlı problemlər, ümumiyyətlə, Qafqazda olan bütün problemlər xarici müdaxilələr olmadan bilavasitə həmin ölkələr tərəfindən həll olunmalıdır.

O, həmçinin Tehran və Bakı arasındakı əməkdaşlığın gələcək inkişafı üçün mövcud dost münasibətlərinin tarixi əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, regiona, o cümlədən enerji təhlükəsizliyinə dair məsələlərə xarici müdaxilələr yolverilməzdir.

Görüşdə XİN rəhbəri Elmar Məmmədyarov qeyd edib ki, regional təhlükəsizlik üçün ikitərəfli əməkdaşlığı və Qafqaz regionunda problemlərin həllində gələcəkdə İranın töhfəsini vacib sayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti