...

Musəvinin bacısı oğlunun cəsədi itib

Dünya xəbərləri Materials 28 Dekabr 2009 14:20 (UTC +04:00)
İranda sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvinin ölən bacısı oğlunun qardaşı Rza Musəvi bildirib ki, qardaşının cəsədini İbn Sina xəstəxanasındakı meyitxanadan aparılıb.
Musəvinin bacısı oğlunun cəsədi itib

İranda sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvinin ölən bacısı oğlunun qardaşı Rza Musəvi bildirib ki, qardaşının cəsədini İbn Sina xəstəxanasındakı meyitxanadan aparılıb. "Biz onu hər yerdə axtarırıq, heç kim cəsədin itməsi ilə bağlı məsuliyyəti üzərinə götürmür", - o deyib. Bu barədə İran Parlamentinin İslahatçılar fraksiyasının rəsmi xəbər saytı parlemannews.ir xəbər verib.

"Cəsədi tapmayana qədər heç bir yas mərasimi saxlamayacağıq. Cəsəd tapıldıqdan sonra mətbuat vasitəsilə onun dəfn mərasimi barədə məlumat verəcəyik", - Rza Musəvi deyib.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Beynəlxalq informasiya agentliyinin məlumatına görə, 15 nəfər müxalifətin yaratdığı qarışıqlığın qurbanı olub və təxminən 300 nəfər həbs edilib. Fars agentliyinin məlumatına görə, qarşıdurma zamanı İranın müxalifət lideri Mir Hüseyn Musəvinın bacısı oğlu Əli Həbibi Musəvi Xamne də ölüb.

Xəbər lenti

Xəbər lenti