...

Mir Hüseyn Musəvinin bacısı oğlunun ölümü araşdırılır - Tehran polis rəisi

Dünya xəbərləri Materials 29 Dekabr 2009 11:09 (UTC +04:00)
Tehranın polis rəisi general Əzizullah Rəcəbzadə bildirib ki, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin bacısı oğlu Əli Həbibi Musəvinin ölüm faktı araşdırılır.
Mir Hüseyn Musəvinin bacısı oğlunun ölümü araşdırılır - Tehran polis rəisi

Tehranın polis rəisi general Əzizullah Rəcəbzadə bildirib ki, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin bacısı oğlu Əli Həbibi Musəvinin ölüm faktı araşdırılır. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Rəcəbzadə əlavə edib ki, Aşura günü baş verən iğtişaşlar zamanı Mir Hüseyn Musəvinin bacısı oğlunun ölməsi faktı araşdırılır və tez bir zamanda araşdırmanın nəticəsi elan ediləcək.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Rəsmi məlumata əsasən 5 nəfər həlak olub, beynəlxalq informasiya agentliyinin məlumatına görə isə ölənlərin sayı 15 nəfərdir və təxminən 300 nəfər həbs edilib. Fars agentliyinin məlumatına görə, qarşıdurma zamanı İranın müxalifət lideri Mir Hüseyn Musəvinın bacısı oğlu da ölüb.

Xəbər lenti

Xəbər lenti