...

İran Silahlı Qüvvələrinin quru qoşunları fevralda hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 2 Yanvar 2010 16:46 (UTC +04:00)
İran Silahlı Qüvvələrinin quru qoşunları komandiri briqada generalı Əhmədrza Purdəstan bildirib ki, quru qoşunların hərbi gücünün artırılması məqsədi ilə fevral ayının əvvəlində (bəhmən ayının ikinci yarısı) geniştərkibli hərbi təlimlər keçiriləcək.
İran Silahlı Qüvvələrinin quru qoşunları fevralda hərbi təlimlər keçirəcək

İran Silahlı Qüvvələrinin quru qoşunları komandiri briqada generalı Əhmədrza Purdəstan bildirib ki, quru qoşunların hərbi gücünün artırılması məqsədi ilə fevral ayının əvvəlində (bəhmən ayının ikinci yarısı) geniştərkibli hərbi təlimlər keçiriləcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verib.

Purdəstan əlavə edib ki, təlimlər quru qoşunların və Sepah keşikçilər korpusu qüvvələrinin iştirakı ilə keçiriləcək. "Təlimlərdə hərbi xidmət müddəti bitmiş ehtiyatda olan əsgərlər də iştirak edəcək", - o deyib.

Purdəstan bildirib ki, həmçinin yaxın zamanlarda "Zülfüqar" adlı tank və "Səyyad" adlı personal daşıyan zirehli tankın geniş miqyasda istehsalına başlanılacaq.

Xəbər lenti

Xəbər lenti