...

İsrail məskunlaşma fəaliyyətini dayandırmalıdır - BMT-nin baş katibi

Dünya xəbərləri Materials 19 Mart 2010 16:53 (UTC +04:00)
İsrail Fələstin ərazilərində, o cümlədən İsrail əhalisi üçün tikintilərin aparıldığı yerlərdə məskunlaşma fəaliyyətini dondurmalıdır. Bunu BMT-nin baş katibi Pan Gi Mun Moskvada Yaxın Şərq "dördlüyü"nün iclasında deyib.
İsrail məskunlaşma fəaliyyətini dayandırmalıdır - BMT-nin baş katibi

İsrail Fələstin ərazilərində, o cümlədən İsrail əhalisi üçün tikintilərin aparıldığı yerlərdə məskunlaşma fəaliyyətini dondurmalıdır. Bunu BMT-nin baş katibi Pan Gi Mun Moskvada Yaxın Şərq "dördlüyü"nün iclasında deyib. Məlumatı "Rossiya 24" telekanalı yayıb.

"İsrail və Fələstin beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərməlidir. Biz fələstinlilər və israillilər arasında birbaşa olmayan danışıqlara başlamağı çox vacib addım hesab edirik və bu danışıqlar 24 ay ərzində birbaşa danışıqlara gətirib çıxarmalıdır", - Pan Gi Mun bildirib.

Onun sözlərinə görə, İsrail Qərb Sahilində hərəkəti sadələşdirilməli və gələcək Fələstin dövləti üçün institutların formalaşmasında Fələstin administrasiyasına yardım göstərməlidir.

İsraili Fələstin ərazilərində məskunlaşma fəaliyyətini dayandırmağa çağıran Pan Gi Mun Fələstin və İsrailə beynəlxalq hüquq çərçivəsində hərəkət etmək barədə müraciət edib.

Xəbər lenti

Xəbər lenti