...

Gül və Merkel Türkiyənin Aİ-yə daxil olmasını müzakirə ediblər

Dünya xəbərləri Materials 30 Mart 2010 10:59 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül və Almaniya kansleri Angela Merkel bazar ertəsi Türkiyənin Avropa İttifaqına daxil olması prosesini və Almaniyada yaşayan türklərin inteqrasiyasını müzakirə ediblər. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Gül və Merkel  Türkiyənin Aİ-yə daxil olmasını müzakirə ediblər

Türkiyə Prezidenti Abdullah Gül və Almaniya kansleri Angela Merkel bazar ertəsi Türkiyənin Avropa İttifaqına daxil olması prosesini və Almaniyada yaşayan türklərin inteqrasiyasını müzakirə ediblər. Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Görüş zamanı Gül deyib ki, Almaniyada yaşayan türklər inteqrasiya prosesini çevik keçirirlər və keçmişlə müqayisədə böyük uğurlar əldə ediblər.

Merkel inteqrasiyada böyük irəliləyişin olduğunu bildirib və əlavə edib ki, türkmənşəli vətəndaşlar alman cəmiyyətinə böyük töhfə veriblər.

Onun sözlərinə görə, inteqrasiya məsələsi üzrə səylər gələcəkdə də göstərilməlidir.

Prezident Gül Türkiyənin Aİ-yə qəbulu prosesini "transformasiya prosesi" adlandırıb və qeyd edib ki, Türkiyə standartların ən yüksək səviyyəyə çatdırılmasına çalışır.

Xəbər lenti

Xəbər lenti