...

İranın Çaldıran şəhəri yaxınlığında torpaq sürüşməsi 46 evə ziyan vurub

Dünya xəbərləri Materials 18 May 2010 13:24 (UTC +04:00)
İranın Çaldıran şəhərinin 40 kilometrliyində yerləşən Bəğəlçi kəndində torpaq sürüşməsi nəticəsində 46 evə ziyan dəyib.
İranın Çaldıran şəhəri yaxınlığında torpaq sürüşməsi 46 evə ziyan vurub

İranın Çaldıran şəhərinin 40 kilometrliyində yerləşən Bəğəlçi kəndində torpaq sürüşməsi nəticəsində 46 evə ziyan dəyib. Bunu Çalderan şəhərinin icra başçısı Rza Məhbubi deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məhbubinin sözlərinə görə, torpaq sürüşməsi nəticəsində əkin sahələrinə və fermerlərə də külli miqdarda ziyan dəyib. "Torpaq sürüşməsi davam edir, bu səbəbdən Bəğəlçi kəndi əhalisinin köçürülməsi nəzərdə tutulub və aidiyyatı qurumlar hazırda əhalinin boş əraziyə köçürülməsi layihəsi üzərində işləyirlər", - Məhbubi deyib.

Məhbubi dəymiş ziyanın hələlik dəqiqləşdirilmədiyini və bu sahədə iş aparıldığını bildirib.

Son bir neçə gün ərzində sel və güclü yağışlar İranın Çaldıran şəhərinin kəndlərində 500 evin və 300 fermer təsərrüfatının ziyan görməsinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti