...

İranın Zahidan vilayətində baş vermiş terror aktında əli olan 40 nəfər həbs edilib

Dünya xəbərləri Materials 17 İyul 2010 14:06 (UTC +04:00)
Sistan-Bəluçistan əyalətində baş verən terror aktlarından sonra yerli sakinlərin və polisin birgə səyləri nəticəsində 40 nəfər həbs edilib.
İranın Zahidan vilayətində baş vermiş terror aktında əli olan 40 nəfər həbs edilib

Sistan-Bəluçistan əyalətində baş verən terror aktlarından sonra yerli sakinlərin və polisin birgə səyləri nəticəsində 40 nəfər həbs edilib. Bu barədə İran polisi rəhbərinin müavini Əhməd Rza Radan deyib bildirib. Məlumatı MEHR agentliyi yayıb.

Onun sözlərinə görə, həlak olanlar arasında iki polis əməkdaşı da olub, daha on nəfər isə yaralanıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Radan öz Qərb qoşunlarına - Əfqanıstan və Pakistana da xəbərdarlıq edərək Tehranın səbrinin istənilən anda tükənə biləcəyini bildirib.

Əks təqdirdə əgər bu ölkələr vaxtında tədbirlər görməsə, İran qonşu ölkələrdə gizlənən və ölkə üçün təhlükə törədən döyüşçülərlə mübarizə aparmaq üzrə öz hüququndan istifadə edəcək.

İyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27 nəfərə çatıb, 270 nəfər yaralanıb. Onlardan 11-nin vəziyyəti çox ağırdır.

Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti qrupun rəhbəri Əbdülməlik Riqinin edam olunmasına cavab olaraq "Cundullah" (Allahın döyüşçüləri) qruplaşması öz üzərinə götürüb.

Təşkilatın üzərinə götürdüyü son terror aktı 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50 nəfərə yaxın insanın həyatına son qoyan partlayış olub.

Xəbər lenti

Xəbər lenti