...

Zahidandakı terror aktı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin davamıdır – İran Prezidenti

Dünya xəbərləri Materials 19 İyul 2010 15:12 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad deyib ki, Zahidandakı terror aktı əslində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin davamıdır.
Zahidandakı terror aktı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin davamıdır – İran Prezidenti

İran Prezidenti Mahmud Əhmədinejad deyib ki, Zahidandakı terror aktı əslində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin davamıdır. Məlumatı IRNA agentliyi yayıb.

O xatırladıb ki, ABŞ regionda terror aktlarının keçirilməsinə görə terrorist və casuslara maliyyə və kəşfiyyat dəstəyi göstərib.

İran Prezidentinin sözlərinə görə, İran milləti vahid cəbhədə çıxış edəcək və ölkəsini inkişafın yüksək nöqtəsinə çatdırmaq, eləcə də bütün dünyada haqq-ədalətin bərqərar olması üçün düşmənin qəsdlərinə qarşı kəskin şəkildə müqavimət göstərəcək.

İyulun 16-na keçən gecə Zahidan şəhərində "Cami" məscidinin qarşısında iki terrorçu kamikadze partladıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayının 27-yə, yaralanaların isə 270-ə çatdığı bildirilir. Onlardan 11-nin vəziyyəti çox ağırdır.

Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti "Cundullah" (Allahın döyüşçüləri) qruplaşması öz üzərinə götürüb. Onlar bu aktı qruplaşma lideri Əbdülməlik Riqinin edamına cavab olaraq etdiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti