...

Qərb tezliklə İrandan üzr istəyəcək – Mahmud Əhmədinejad

Dünya xəbərləri Materials 18 Oktyabr 2010 12:48 (UTC +04:00)
Qərb ölkələri tezliklə İrandan üzr istəyərək İslam Respublikası ilə münasibətlərin nizama salınmasına çalışacaqlar. Bunu İran Prezidenti Mahmud Əhmədinejad İran-İraq müharibəsi (1980-1988-ci illər) qurbanlarının ailələri ilə görüşündə deyib.
Qərb tezliklə İrandan üzr istəyəcək – Mahmud Əhmədinejad

Qərb ölkələri tezliklə İrandan üzr istəyərək İslam Respublikası ilə münasibətlərin nizama salınmasına çalışacaqlar. Bunu İran Prezidenti Mahmud Əhmədinejad İran-İraq müharibəsi (1980-1988-ci illər) qurbanlarının ailələri ilə görüşündə deyib. Məlumatı Press TV yayıb.

"İrana qarşı heç nə edə bilməyəcəklərini anlayan Qərb ölkələri özlərini elə aparırlar ki, sanki nəyəsə qadirdirlər", - Əhmədinejad bildirib.

ABŞ və İsrailin onun Livana səfərinə etirazlarına gəldikdə isə, Əhmədinejad qeyd edib ki, bu ölkələrin təhdidləri faydasızdır.

Ötən həftə Əhmədinejad Livana ilk rəsmi səfər edib və orada rəsmi şəxslərlə görüşərək Livan xalqına müraciət edib.

İran Prezidentinin Livana səfərini siyasi provokasiya adlandıran İsrail və ABŞ təlaşa düşüblər.

Xəbər lenti

Xəbər lenti