...

Laricani İKT Pİ-nin iclasına rəsmən etiraz etmək məqsədilə Ərəb Əmirliyinə səfər edəcək

Dünya xəbərləri Materials 18 Yanvar 2011 10:24 (UTC +04:00)
İran Parlamentinin spikeri Əli Laricani İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) Əbu-Dabidə təşkil edilən iclasının keçirilməsinə və müzakirə olunacaq məsələlərə rəsmən etiraz etmək məqsədi ilə bu gün Birləşmiş Ərəb Əmirliyinə səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Laricani İKT Pİ-nin iclasına rəsmən etiraz etmək məqsədilə Ərəb Əmirliyinə səfər edəcək

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

İran Parlamentinin spikeri Əli Laricani İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) Əbu-Dabidə təşkil edilən iclasının keçirilməsinə və müzakirə olunacaq məsələlərə rəsmən etiraz etmək məqsədi ilə bu gün Birləşmiş Ərəb Əmirliyinə səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Ötən gün İran Parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazım Cəlali bildirib ki, İran Birləşmiş Ərəb Əmirliklərinə etiraz əlaməti olaraq, Əbu-Dabidə keçirilən iclasda iştirak etməyəcək.

Cəlali Əbu-Dabidə keçirilən iclasın qeyri-hüquqi təşkil edildiyini bildirib. "İKT Pİ İcraiyyə Komitəsinin iclası 2 ildən bir, Şurasının iclası isə ildə bir dəfə təşkil edilir. Lakin BƏƏ Şuraya rəhbərlik etdiyi üçün son vaxtlar iki dəfə ard-arda İcraiyyə Komitəsinin iclasını təşkil edib, bu da qeyri-qanunidir", - Cəlali deyib.

O, əlavə edib ki, adi qaydada İKT Pİ-nin iclası gələn il İndoneziyada keçiriləcək və BƏƏ fövqəladə iclası Pİ-nin nizamnaməsində dəyişiklik etmək məqsədilə təşkil edir. "BƏƏ-də keçirilən fövqəladə iclasda hər hansı bir sənədin qəbul edilməsi yolverilməzdir və icra olunmayacaq", - Cəlali bildirib.

İKT Pİ-nin iclası yanvarın 17-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə öz işinə başlayıb. İclasda iştirak etmək üçün 50 müsəlman ölkəsinin nümayəndələri artıq BƏƏ-dədir. İKT Pİ Şurasının fövqəladə iclası yanvarın 19-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti