...

Kürd Fəhlə Partiyasının yaraqlıları Türkiyədə əcnəbi turisti oğurlayıblar

Dünya xəbərləri Materials 4 İyun 2012 10:53 (UTC +04:00)
Kürd Fəhlə Partiyasının (PKK) üzvləri olan bir qrup yaraqlı bazar günü Diyarbəkirdən Trabzona yollanan əcnəbi turistlərin olduğu avtobusa hücum ediblər.
Kürd Fəhlə Partiyasının yaraqlıları Türkiyədə əcnəbi turisti oğurlayıblar

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Tağıyeva/

Kürd Fəhlə Partiyasının (PKK) üzvləri olan bir qrup yaraqlı bazar günü Diyarbəkirdən Trabzona yollanan əcnəbi turistlərin olduğu avtobusa hücum ediblər. Trend-in məlumatına görə, bu barədə "Hürriyət" qəzeti xəbər verir.

Yaraqlılar turistləri silahla hədələyərək onların pullarını və bahalı əşyalarını əllərindən alıblar. Bundan sonra 35 yaşlı Böyük Britaniya vətəndaşını özləri ilə götürərək dağlarda gizləniblər.

Hadisə yerində təhqiqat aparılır. Oğurlanan turist axtarılır.

Xəbər lenti

Xəbər lenti