...

Ermənistanın Prezident Administrasiyasının rəhbəri Ayrikyana qarşı qəsdi siyasi motivli cinayət hesab edir

Dünya xəbərləri Materials 1 Fevral 2013 10:53 (UTC +04:00)
Ermənistanın Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyan prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı seçkiqabağı kampaniya dövründə törədilən sui-qəsdi siyasi motivli cinayət hesab edir.
Ermənistanın Prezident Administrasiyasının rəhbəri Ayrikyana qarşı qəsdi siyasi motivli cinayət hesab edir

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Ermənistanın Prezident Administrasiyasının rəhbəri Viqen Sarkisyan prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı seçkiqabağı kampaniya dövründə törədilən sui-qəsdi siyasi motivli cinayət hesab edir. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" agentliyi xəbər verir.

Sarkisyan xəstəxanada zərərçəkənə baş çəkib və jurnalistlərə bəyan edib ki, Ayrikyan susdurulmayıb və yaxşı dayanıb.

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı cümə axşamı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Həkimlər zərərçəkənin vəziyyətini orta ağır kimi qiymətləndirilər. Çox güman ki, artıq səhər güllə onun bədənindən çıxarılıb.

Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991-ci, 1998-ci, 2003-cü illərdə seçkilərdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti