...

Ermənistanda prezidentliyə yeddi namizəddən ikisi səsvermədə iştirak etməyəcək

Dünya xəbərləri Materials 18 Fevral 2013 10:25 (UTC +04:00)
Fevralın 18-də Ermənistandakı prezident seçkilərində prezidentliyə yeddi namizəddən ikisi Arman Məlikyan və aclıq elan etmiş Andrias Qukasyan səsverməyə getməyəcək. Trend-in məlumatına görə, bu barədə “news.am” yazır.
Ermənistanda prezidentliyə yeddi namizəddən ikisi səsvermədə iştirak etməyəcək

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Fevralın 18-də Ermənistandakı prezident seçkilərində prezidentliyə yeddi namizəddən ikisi Arman Məlikyan və aclıq elan etmiş Andrias Qukasyan səsverməyə getməyəcək. Trend-in məlumatına görə, bu barədə "news.am" yazır.

Hələ fevralın 16-da jurnalistlərlə görüşən Andrias Qukasyan bəyan edib ki, fiziki cəhərdən seçki məntəqəsinə getmək iqtidarında olmadığından səs vermək fikrində deyil. Onun sözlərinə görə, seçkilərdən sonra o və tərəfdaşları vətəndaş itaətsizliyi elan edəcəklər.
Arman Məlikyan da səsvermədə iştirak etməyəcəyini bəyan edib. O, öz qərarını seçkilərin legitimliyinə münasibətinin dəyişməməsi ilə əsaslandırıb.

Öz namizədliyini irəli sürmüş, lakin sonradan namizədliyin geri götürmüş Aram Arutyunyan da səsvermədə iştirak etməyəcək. Bu gün o, öz ad gününü qeyd edəcək.

Bazar ertəsi, fevralın 18-də, yerli vaxtla saat 08:00-dan 20:00-dək Ermənistanda prezident seçkiləri keçirilir.

Dövlət başçısı beş il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti