...

Peruda sərnişin avtobusu aşıb, 27 nəfər həlak olub

Dünya xəbərləri Materials 14 Aprel 2013 04:10 (UTC +04:00)
Peruda sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 27 nəfər həlak oldu. Qəza şənbə günü Truhilyo departamentində baş verdi- avtobus uçuruma düşdü, İTAR-TASS agentliyi xəbər verir.
Peruda sərnişin avtobusu aşıb, 27 nəfər həlak olub

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Peruda sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 27 nəfər həlak oldu. Qəza şənbə günü Truhilyo departamentində baş verdi- avtobus uçuruma düşdü. Bu barədə İTAR-TASS agentliyi məlumat verir.

Yerli radio stansiyalarının məlumatına görə, 16 nəfər xilas olub və onlara ilkin tibbi yardım göstərilib.

Avtobus qəzasının səbəbinə dair polis tərəfindən heç bir fərziyə irəli sürülməyib, araşdırma aparılır. Avtobus marşrutu keçən ərazidə cümə günü güclü yağış yağıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti