...

Rusiya MDB ölkələrinin sakinləri üçün xarici pasportlar çap etməyə hazırdır

Dünya xəbərləri Materials 15 Aprel 2013 14:21 (UTC +04:00)
Rusiya Tacikistan və digər keçmiş sovet ölkələrinin sakinləri üçün xarici pasportlar buraxmağı öz üzərinə götürməyə hazırdır. Trend-in bazar ertəsi "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Viktor İvanov bəyan edib.
Rusiya MDB ölkələrinin sakinləri üçün xarici pasportlar çap etməyə hazırdır

Azərbaycan, Bakı, 15 apre / Trend /

Rusiya Tacikistan və digər keçmiş sovet ölkələrinin sakinləri üçün xarici pasportlar buraxmağı öz üzərinə götürməyə hazırdır. Trend-in bazar ertəsi "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin direktoru Viktor İvanov bəyan edib.

"Düşünürəm ki, vizaların tətbiqi həmin ölkənin vətəndaşlarını bizdən uzaqlaşdıracaq. Bu, siyasi, uzunmüddətli, strateji maraqlar baxımından qəbuledilməzdir" , - o, Dövlət Sərhəd Komissiyasının iclasında deyib.

O xatırladıb ki, Rusiya Prezidenti 2015-ci ilə MDB ölkələri vətəndaşlarını Rusiyaya yalnız xarici pasportlar vasitəsilə buraxmağa dair tapşırıq verib.

"Bu prosesi sürətləndirmək barədə düşünmək olar, çünki daxili pasportlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının normalarına cavab vermir. Tacikistanın vəsait və texnologiyasının olmaması barədə danışmaq bizim xeyrimizədir. Biz onlara pasportların hazırlanmasında kömək edə bilərik. Biz onların sənədləşdirmə, pasport, habelə informasiya və texniki sistemlərini üzərimizə götürə bilərik" , - İvanov qeyd edib.

İvanov izah edib ki, sənədləri Rusiya kreditləri və ya təbii resurslara malik Tacikistanın başqa öhdəliklərindən istifadə etməklə çap etmək olar.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə MDB ölkələrinin bütün sakinləri üçün xarici pasportların tətbiqinin tamamilə alternativi olmayan istiqamət olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti