...

"Efiopiya Hava Yolları"nın təyyarəsini qaçıran şəxs ikinci pilot olub (ƏLAVƏ OLUNUB 2)

Dünya xəbərləri Materials 17 Fevral 2014 12:36 (UTC +04:00)
Genevrə aeroportu Əddis-Əbəbədən Romaya uçan təyyarənin göyərtəsində ştatdankənar vəziyyətin olduğunu bəyan edib.
"Efiopiya Hava Yolları"nın təyyarəsini qaçıran şəxs ikinci pilot olub (ƏLAVƏ OLUNUB 2)

Yeni məlumat əlavə edilib (ilk xəbər saat 10:12-də yayılıb)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Cenevrə aeroportu Əddis-Əbəbədən Romaya uçan təyyarənin göyərtəsində gözlənilməz vəziyyətin olduğunu bəyan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiya KİV-i xəbər yayıb.

Bazar ertəsi mətbuatda İsveçrə səmasında təyyarənin ələ keçirildiyi barədə məlumat yayılıb. Lakin məlumat hələlik rəsmən təsdiq olunmayıb.

Cenevrə aeroportunun mətbuat attaşesi xəbər verib ki, "laynerin göyərtəsində gözlənilməz vəziyyət baş verib".

"Аirlinereporter" informasiya portalı bildirir ki, bazar ertəsi Əddis-Əbəbədən Romaya uçan "Efiopiya Hava Yolları"na məxsus təyyarənin ekipajı cinayətkarların təyyarəni ələ keçirdikləri ilə bağlı siqnal veriblər.

Cenevrə aeroportu Efiopiya təyyarəsinin ələ keçirilməsi cəhdini təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiya KİV-i xəbər yayıb.

Cenevrə aeroportunun mətbuat attaşesi "Efiopiya Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin ələ keçirilməsi cəhdini rəsmən təsdiqləyib: "Təyyarənin girov götürülməsinə həqiqətən cəhd göstərilib. Mən sizə ətraflı məlumat verə bilmərəm. İndi hadisə yerində polis işləyir".

Təyyarə Cenevrədə yerə enib, sərnişinlərin təhlükəsizliyi təmin olunub. Hava gəmisini ələ keçirməyə cəhd göstərən şəxs saxlanılıb.

"Efiopiya Hava Yolları"nın təyyarəsini qaçırmağa cəhd edən şəxs ikinci pilot olub. O özü polislərə təslim olub və İsveçrədən siyasi sığınacaq istəyib. Bunu polis və aeroportun nümayəndələri mətbuat konfransında elan ediblər.

Təyyarədə 200 sərnişin olub, onlardan heç kim xəsarət almayıb.

KİV xəbəbr verir ki, sərnişinlərdən bəziləri dindirilib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən üzərlərində axtarış aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti