...

Twitter Türkiyədə ofisinin açılmasına dair danışıqlar aparır

Dünya xəbərləri Materials 9 Aprel 2014 04:57 (UTC +04:00)
Twitter rəhbərliyi Türkiyədə öz ofisinin açılması ilə bağlı ölkə rəsmiləri ilə danışıqlar aparır.
Twitter Türkiyədə ofisinin açılmasına dair danışıqlar aparır

Azərbaycan, Bakı, 9 aprel / Trend /

Twitter rəhbərliyi Türkiyədə öz ofisinin açılması ilə bağlı ölkə rəsmiləri ilə danışıqlar aparır. Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Lütfi Əlvan bildirib.

Nazirin sözlərinə görə, Twitter nümayəndələri bu ay Türkiyəyə gələcəklər.

"Onlar Türkiyənin informasiya və kommunikasiya texnologiyaları üzrə dövlət orqanı nümayəndələri ilə birlikdə ölkədə ofisinin açılması perspektivlərini müzakirə edəcəklər", - Əlvan deyib.

Türkiyədə martın 1-də Twitter mikrobloqlar şəbəkəsinə giriş bağlanılıb.

Şəbəkəyə giriş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu barədə bəyanatla çıxışından sonra bağlanılıb.

Xəbər lenti

Xəbər lenti