Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Malidə Niger çayında qayığın batması nəticəsində azı 18 nəfər həyatını itirib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, itkin düşənlər də var. 70 nəfər xilas oluna bilib.
Ilkin ehtimallara görə, hadisənin səbəbi həddindən artıq yüklənmədir.