...

İƏT Bundestaq tərəfindən qondarma "erməni soyqırımı"nın tanımasını pisləyib

Dünya xəbərləri Materials 6 İyun 2016 03:46 (UTC +04:00)
İslam əməkdaşlıq təşkilatı (İƏT) Bundestaq (Almaniya parlamenti) tərəfindən 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanıyan qətnamənin qəbulunu pisləyib.
İƏT Bundestaq tərəfindən qondarma "erməni soyqırımı"nın tanımasını pisləyib

Bakı. Trend:

İslam əməkdaşlıq təşkilatı (İƏT) Bundestaq (Almaniya parlamenti) tərəfindən 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanıyan qətnamənin qəbulunu pisləyib. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Təşkilat bildirib ki, Avropa və İƏT-in üzvü olan ölkələrin gənclərinin tarixi reallıqları düzgün öyrənməsi üçün lazımi diplomatik təşəbbüsü göstərəcək.

Xatırladaq ki, iyun ayının 2-də Bundestaq (Almaniya parlamenti) 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanıyan qətnamə qəbul etdib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti