...

Bişkekdə həlak olanların dəfn xərclərini hökumət ödəyəcək

Dünya xəbərləri Materials 16 Yanvar 2017 17:13 (UTC +04:00)
Bişkekdə “Boeing 747-400” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn xərclərini Qırğızıstan hökuməti öz üzərinə götürəcək.
Bişkekdə həlak olanların dəfn xərclərini hökumət ödəyəcək

Bakı. Trend:

Bişkekdə Türkiyəyə məxsus “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn olunması ilə bağlı xərcləri Qırğızıstan hökuməti öz üzərinə götürəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan baş nazirinin müavini Çolpon Sultanbekova deyib.

O həmçinin qeyd edib ki, hadisə nəticəsində xəsarət alanların müalicəsi də dövlət hesabına həyata keçiriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Boeing-in qəzaya uğradığı qəsəbə sakinləri: Elə bildik zəlzələ baş verir

Boeing-in qəzaya uğradığı qəsəbə sakinləri: Elə bildik zəlzələ baş verir

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 37 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti