...

Tramp Netanyahuya məktub yazdı - ABŞ-a dəvət edir

Dünya xəbərləri Materials 26 Yanvar 2017 22:53 (UTC +04:00)
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan “şəxsi məktub” alıb.
Tramp Netanyahuya məktub yazdı - ABŞ-a dəvət edir

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan "şəxsi məktub" alıb.

Trend-in məlumatına görə, baş nazir bu barədə "Facebook" səhifəsində yazıb.

B.Netanyahu bildirib ki, ona bu məktubu Yerusəlimdə səfərdə olmuş, ABŞ prezidentinin administrasiyasından Rudolf Culiani təqdim edib.

Baş nazir məktubun məğzi barədə ətraflı məlumat verməsə də, orada onun Vaşinqtona gələcək səfəri barədə müraciətin yer aldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti