...

Kamçatka vulkanı 5,5 kilometrədək kül püskürdü

Dünya xəbərləri Materials 9 Mart 2017 05:00 (UTC +04:00)
Martın 9-da Klyuçovskaya Sopka vulkanı 5,5 min metr hündürlüyədək kül püskürüb
Kamçatka vulkanı 5,5 kilometrədək kül püskürdü

Bakı. Trend:

Martın 9-da Klyuçovskaya Sopka vulkanı 5,5 min metr hündürlüyədək kül püskürüb.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, külək sayəsində kül 10 kilometr şimal-qərb istiqamətində yayılıb.

Külün yolu istiqamətində yaşayış məntəqələri yoxdur. Turistlərə vulkan yaxınlığında marşrut təşkil etməmək tövsiyə olunub.

Qeyd edək ki, 4 min 850 metr hündürlüyü olan Klyuçovskaya Sopka vulkanı Avrasiyanın aktiv olan ən yüksək vulkanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti